Təşəkkürlər, Elçin Əlicanov

03 iyun 2024

Elçin Əlicanovun klubumuzla müqaviləsi başa çatıb və futbolçu "Kəpəz"in sıralarını tərk edib. Əlicanov son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də "Kəpəz" ilə Premyer Liqada oynayıb. 

 

Klubumuz xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Ana səhifəyə geri dön