“Xəmsə” 15 illiyini qeyd edib

06 may 2024

Klubumuzun rəhbərliyi və futbolçular “Xəmsə” fanklubunun yaradılmasının 15 illiyinə həsr olunan tədbirdə iştirak ediblər. İdarə Heyətinin sədri İlqar Nadiri azarkeş birliyini təbrik edərək bu illər ərzində fanklubun “Kəpəz”ə daim dəstək verdiyini, fanatların istər ev, istərsə də səfər oyunlarında tribunada yer aldığını bildirib. Vətən müharibəsində “Xəmsə” üzvlərindən şəhid və qazilərin olduğuna diqqət çəkərək fanklubun təkcə azarkeşlik etməkdə deyil, vətənpərvərlikdə də önə çıxdığını qeyd edib. İdarə Heyətinin üzvü, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov da təbriklərini çatdıraraq klubun hər zaman belə azarkeşlərə ehtiyacının olduğunu deyib. Çıxışlardan sonra hədiyyələr təqdim olunub.

 

Əlamətdar gündə “Xəmsə”ni tək qoymayan kapitanlar – Vurğun Hüseynov, Yeqor Xvalko, Əli Səmədov, eləcə də onların komanda yoldaşlarından Tural Rzayev, Amil Yunanov, Junior Martins və Olavale Onanuqa da təbriklərə qoşulub. Futbolçular komanda azarkeş birliyinin nəticələrə müsbət yöndə təsir etdiyini vurğulayıblar. Sonda oyunçular azarkeşlərlə birlikdə onların bəstələrini oxuyub, oynayıblar.

Ana səhifəyə geri dön