Yeqor Xvalko daha bir il "Kəpəz"də

12 iyun 2024

Klubumuz Yeqor Xvalko ilə müqavilənin artırılması üçün danışıqlarda müsbət nəticə əldə edib. Belaruslu müdafiəçi ilə daha bir illik müqavilə bağlanıb. 

 

Təcrübəli arxa xətt oyunçusu 2022-ci ildən "Kəpəz"in şərəfini qoruyur. Xvalko komandanın kapitanlarından biridir.

Ana səhifəyə geri dön