Daha bir möhtəşəm qələbə
"Kəpəz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Komandamız X tur çərçivəsində "İmişli"ni məğlub edib.
Oyunda yeganə qolu 77-ci dəqiqədə Namik Ələskərov vurub. Onun cərimə zərbəsindən "doqquzluğ"a göndərdiyi mükəmməl cərimə zərbəsi önündə rəqib qapıçı aciz qalıb.
Bu qələbə sayəsində xalını 17-yə çatdıran "Kəpəz" 5-ci pilləyə yüksəlib. "Sarı-göylər" növbəti matçını noyabrın 6-da səfərdə "Neftçi"yə qarşı keçirəcək.
Misli Premyer Liqası, X tur
"Kəpəz" - "İmişli" 1:0
Namik Ələskərov, 77