"Kəpəz"in iki futbolçusu U-15 yığmasına dəvət alıb
"Kəpəz" Futbol Akademiyasının U-15 komandasının ölkə çempionatında uğurlu çıxışı Azərbaycan yığmasının məşqçi korpusunun diqqətini çəkib.
Belə ki, istedadlı futbolçularımız - qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyev U-15 milli komandasına dəvət alıblar.
Hər iki oyunçumuz yığmanın heyətində noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.