"Kəpəz"in heyətində itki
"Kəpəz" klubu Misli Premyer Liqasının X turu çərçivəsində "İmişli"yə qarşı matça itki ilə çıxacaq.
Belə ki, komandamızın yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək. Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.
"Sarı-göylər" bu gün saat 17-də baş tutacaq məşqlə "İmişli" ilə matçın hazırlığını yekunlaşdıracaq.
Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.