"Kəpəz" Təlim-Məşq Mərkəzində "C" kateqroyalı məşqçilik kursları başlanıb

09 noyabr 2026

Bu gün "Kəpəz" Təlim-Məşq Mərkəzində AFFA-nın "C" kateqoriyalı məşqçilik kursları başlanıb.

 

Kurslara "Kəpəz" PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir. "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə tutor (məsləhətçi) funksiyasını yerinə yetirir.

 

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb. 

 

Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. "C" kateqoriyası almağı arzulayanlar arasında "Kəpəz" Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var. 

 

Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə 4 moduldan ibarət kursların yekununda fərqlənənlər müvafiq kateqoriyaya sahib çıxacaqlar.

Ana səhifəyə geri dön