Komandamız "Turan Tovuz"la qarşılaşıb
"Kəpəz" klubu bu gün Misli Premyer Liqasının XIII turu çərçivəsində səfərdə "Turan Tovuz"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Hərçənd uzun müddət azarkeşlər qol görməyiblər. Hesabı yalnız 72-ci dəqiqədə "Turan Tovuz" açıb. Bundan cəmi 12 dəqiqə sonra cərimə meydançasında Əli Səmədova qarşı kobudluğa görə "Turan Tovuz"un qapısına penalti təyin edilib. 11 metrlik cərimə zərbəsi nöqtəsinə yaxınlaşan Şakir Seyidov zərbəni dəqiq yerinə yetirib.
Təəssüf ki, rəqibin hücumları uzatma dəqiqələrində bəhrəsini verib.
Komandamız 3 gündən sonra yenə "Turan Tovuz"la Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsində görüşəcək.
Misli Premyer Liqası, XIII tur
"Turan Tovuz" - "Kəpəz" 2:1
Hayderson Hurtado, 72; Joarlem Santos, 90 - Şakir Seyidov, 84 (pen.)